28
Ermənistanda yol-nəqliyyat hadisəsi nəticəsində hərbçi həyatını itirib.
Ucnoqta.az bildirir ki, hadisə avqustun 19-da saat 21:00 radələrində Çəmbərək şəhərinə gedən yolda baş verib. İlkin məlumata görə, mülki şəxsin idarə etdiyi “QAZ-53” markalı yük avtomobili hələlik müəyyənləşdirilməyən səbəbdən yol kənarında olan altı hərbçini vurub.
Hadisə nəticəsində Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Suren Mambre oğlu Vardanyan həyatını itirib.
Qəzanın bütün təfərrüatlarının müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.
