59
2026–2027-ci tədris ili ilə əlaqədar şagirdlərin bir məktəbdən digərinə elektron qaydada keçirilməsi üçün müraciətlərin qəbuluna başlanılır.
Ucnoqta.az bildirir ki, elektron yerdəyişmə sistemi avqustun 20-də saat 15:00-da istifadəyə veriləcək. Bu mərhələdə 2–9-cu və 11-ci siniflərdə təhsil alan şagirdlərin yerdəyişməsi mümkün olacaq.
Müraciətlər “sy.edu.az” portalı üzərindən elektron formada həyata keçiriləcək.
İnternetdən istifadə imkanı olmayan şəxslər isə proseslə bağlı dəstək almaq üçün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və yerli təhsil idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə və “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.
