25
ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla münasibətlərinin yaxşı olduğunu və onun ABŞ-da “ağıllı prezident” olduğu müddətdə hər şeyinin qaydasında olacağını bildirib.
Ucnoqta.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərə deyib.
“Kim Çen Inı çox yaxşı tanıyıram. ABŞ-da ağıllı prezident olduğu müddətdə onun hər şeyi yaxşı olacaq”, – Amerika lideri bildirib. O, bu ifadə ilə konkret nəyi nəzərdə tutduğunu açıqlamayıb.
Tramp həmçinin Kim Çen Inla yaxşı münasibətlərinin olduğunu vurğulayıb. O, yaxın aylarda Şimali Koreya lideri ilə görüşməyi planlaşdırdığını da bildirib.
