Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması çərçivəsində sərhəddə ən azı iki keçid məntəqəsinin açılmasını planlaşdırır.
Ucnoqta.az bildirir ki, bu barədə Ermənistan hökumətinin 2026–2031-ci illər üzrə proqram layihəsində qeyd olunur.
Sənəddə Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin qurulması, sərhədin açılması və ən azı iki müasir keçid məntəqəsinin istifadəyə verilməsi istiqamətində işlərin aparılacağı bildirilir. Həmçinin nəqliyyat, enerji və rəqəmsal infrastrukturların yenilənməsi və genişləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli ticarətin təşviq edilməsi nəzərdə tutulur.
Türkiyə də may ayında Ermənistanla birbaşa ticarətə başlamaq üçün bürokratik hazırlıqların tamamlandığını, iki ölkə arasındakı ümumi sərhədin açılması ilə bağlı texniki və bürokratik işlərin isə davam etdiyini açıqlamışdı.
