26
Sudanda Çevik Dəstək Qüvvələrinin (ÇDQ) 318 döyüşçüsü ölkə ordusunun tərəfinə keçib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Africanews telekanalı məlumat yayıb.
Məlumata görə, qrupa general-mayor Musa Əli Əhməd rəhbərlik edib. Döyüşçülər silah və digər hərbi avadanlıqlarla təchiz edilmiş təxminən 50 hərbi texnika ilə Şimali əyalətdə yerləşən Əd-Dabba şəhərinə gəliblər.
Əli Əhməd bildirib ki, ÇDQ sıralarını tərk etmək qərarı bölmədə institusional idarəetmənin olmaması ilə bağlıdır. O, rəhbərlik etdiyi bölmənin Sudanın birliyi və sabitliyi uğrunda ordu ilə birlikdə döyüşməyə hazır olduğunu deyib.
ÇDQ-dan bölmənin ordu tərəfinə keçməsi ilə bağlı açıqlama verilməyib.
