26
ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni sanksiyaların tətbiq oluna biləcəyini istisna etməyib.
Ucnoqta.az xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Bizim sanksiya tətbiq edə biləcəyimiz məsələlər var. Çox sərt sanksiyalar tətbiq etmək imkanımız mövcuddur. Görək nə olacaq”, – Ağ Ev rəhbəri qeyd edib.
ABŞ lideri mümkün sanksiyaların konkret hansı sahələrə və ya şəxslərə qarşı yönələ biləcəyini açıqlamayıb.
