86
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə Xoşqədəm Vidadi qızı Xudiyeva vəzifəsindən azad edilib.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Kollecin direktoru vəzifəsinin icrası Nigar Səfxanovaya həlavə edilib.
Nigar Səfxanova bu təyinata qədər Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsini icra edib. O bu illin yanvarında Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, bir müddət əvvəl Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin müəllimləri əmək müqavilələrinin şərtlərinin dəyişdirilməsinə görə etiraz edirdilər.
