32
NATO İrandan mümkün hücumlar zamanı Avropadakı ABŞ hərbi bazalarını qorumağa hazır olduğunu açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, Reuters-in məlumatına görə, alyans İranın Avropadakı ABŞ obyektlərinə ehtimal olunan hücumları ilə bağlı bildirib ki, NATO istənilən təhdidə cavab verməyə və üzv ölkələri qorumaq üçün mümkün olan bütün tədbirləri görməyə hazırdır.
Daha əvvəl “Financial Times” qəzeti Tehrandakı rəsmi dairələrə yaxın anonim mənbələrə istinadən yazıb ki, ABŞ və İran arasında razılaşma əldə olunmayacağı təqdirdə İranın Avropadakı ABŞ hədəflərinə zərbə endirməsi ehtimalı var.
