Şəkidə 200 hektar sahədə kol-kos və quru ot yanıb

11:11 - 24 Avqust 2019 - Xəbər

Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində rayonun Təpəcənnət kəndində dağlıq ərazidə 200 hektar sahədə kol-kos və quru ot yanıb.

Yaxınlıqdakı meşə massivi yanğından mühafizə olunub. Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.

Xəbər xətti