Çində yüz milyonlarla dolları qanunsuz yolla mənimsəmiş məmur edam edilib
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.
Məlumata görə, dekabrın 17-də səhər saatlarında Daxili Monqolustan Muxtar Bölgəsinin Xingan rayonunun Aralıq Xalq Məhkəməsi Li Jianpinin qanuna uyğun olaraq edamını həyata keçirib.
Qeyd olunur ki, Ali Xalq Məhkəməsi ən yüksək cəza tədbiri barədə qərar qəbul edib.