Çin 54 ölkə üçün vizasız tranzit müddətini 10 günə artırıb

07:55 - 17 Dekabr 2024 - DÜNYA

Çin hakimiyyəti 54 ölkə vətəndaşları üçün vizasız tranzit müddətini 240 saata (10 gün) artırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Miqrasiya Məsələləri üzrə Dövlət Administrasiyası məlumat yayıb.

Qeyd olunur ki, qərar dekabrın 17-dən qüvvəyə minir.

Əvvəllər Çinə giriş nöqtəsindən asılı olaraq 72 və 144 saat ərzində vizasız tranzit keçmək hüququna malik idilər.

Bundan əlavə, vizasız tranzit hüququ olan sərhəd-keçid məntəqələrinin siyahısı 21 məntəqə artırılaraq 60 giriş limanına çatdırılıb.

Xəbər xətti