Cənubi Koreyada hərbi məhkəmə dekabrın 3-də baş vermiş hərbi vəziyyət hadisələri ilə əlaqədar Ordu Xüsusi Təyinatlı Qüvvələr Komandanlığının rəhbəri Kvak Jon Gun haqqında həbs qərarı çıxarıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Belə ki, dekabrın 3-də Koreya Respublikası parlamentinə xüsusi təyinatlılar göndərilib.
Cənubi Koreya prokurorluğu prezidenti üsyanı təşkil etməkdə şübhəli bilinən işdə sui-qəsdçilərin lideri hesab edir.
Müdafiə naziri əvvəllər əsas icraçı roluna layiq görülüb.