Bu gün Nizami rayonunda Şəhid Xalid Quliyev adına 62 saylı məktəb-liseydə Bayraq günü ilə bağlı tədbir keçirilib. Öncə məktəbin şagirdlərinə Bayraq günü ilə bağlı məlumat verilib, bu günün tarixi kökləri, sonradan Bayraq gününün ulu öndər Heydər Əliyev tərəfindən bərpa edilməsi, Prezident İlham Əliyevin göstərişi ilə ölkəmizin bütün bölgələrində Bayraq meydanlarının inşa edilməsindən danışılıb. Qeyd edilib ki, indi ölkənin harasında olursan ol, başının üzərində bayraq görürsən.
Ölkədə bayraq sevgisinin də yüksək səviyyədə olduğu vurğulanıb.
Sonra şagirdlər ipək qumaşlardan Azərbaycan bayrağı yaradıblar, ardınca canlı oxunan Dövlət Himni tədbirə böyük çoşqu qatıb.
Sagirdlər Üzeyir Hacıbəylinin “Koroğlu” Uvertürası, “Qarabağ” şikəstəsinın sədaları altında Bayrağa aid şeirlər səsləndiriblər.
Üçüncü sinif şagirdi, respublika rəsm müsabiqəsinin qalibi Gülayın Bayraq günü ilə bağlı rəsm sərgisi daha maraqlı olub.
Sonda şagirdlər bu şüarları səsləndiriblər:
“Sən bizimsən, bizimsən,
Durduqca bədəndə can,
Yaşa,Yaşa ey şanlı Azərbaycan!!!”.