Qəzzada azad edilən üç girov İsrailə gəlib

13:01 - 15 Fevral 2025 - DÜNYA

Üç israilli girovdan ibarət qrup Qəzza zolağında azad edildikdən sonra hərbçilərin müşayiəti ilə İsrailə gəlib.

Ucnoqta.az xəbər verir ki, bunu ordunun mətbuat xidməti də təsdiqləyib.

“Bir müddət əvvəl İDF və Baş Təhlükəsizlik qüvvələrinin müşayiəti ilə geri qayıdan girovlar sərhədi keçərək İsrail ərazisinə daxil olublar. İsrailli girovlar hazırda İsrailin cənubundakı ilkin qəbul məntəqəsinə gedirlər və orada ailələri ilə qovuşacaqlar”, - deyə məlumatda bildirilir.

Xəbər xətti