Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli binada yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə rayonun Fətəli xan Xoyski küçəsində yerləşən beşmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.