ABŞ prezidenti Donald Trampın administrasiyası bu həftə Daxili Təhlükəsizlik Departamentinin (DTD) yüzlərlə yüksək vəzifəli əməkdaşını işdən çıxarmağa hazırlaşır.
Ucnoqta.az xəbər verir ki, bu barədə mənbələrə istinadən NBC News kanalı məlumat yayıb.
İşdən çıxarılmalar Federal Fövqəladə Hallar İdarəsi Agentliyi, ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri və Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyinə təsir edən departamentin fevralın 14-ü axşam saatlarında başlayan ümumi ixtisarlara əlavə olaraq gələcək.
Mənbələr bildirir ki, bu həftə nazirliyin nəzarətində olan qurumlarda yüksək vəzifəli işçilər işdən çıxarıla bilər.
NBC News qeyd edir ki, məqsəd işçilərin ixtisar edilməsi deyil, hakimiyyətin fikrincə, Tramp administrasiyasının qarşıya qoyduğu məqsədlərə nail olunmasına mane ola biləcək işçilərin işdən çıxarılmasıdır.