Danimarka müdafiə üçün əlavə 7 milyard dollar ayıracaq

20:41 - 19 Fevral 2025 - DÜNYA

Danimarka 2025 və 2026-cı illərdə ölkənin müdafiəsini inkişaf etdirmək üçün əlavə 50 milyard kron (7 milyard dollar) ayıracaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Mette Frederiksen məlumat verib.

"Müdafiə nazirinə yalnız bir mesaj var: al, al, al. İndi vacib olan tək şey sürətdir" - o, deyib.
Agentlik bildirir ki, vəsaitin əsas hissəsi hava hücumundan müdafiə sistemlərinin modernləşdirilməsinə yönəldiləcək.

Xəbər xətti