Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin IV sinif şagirdləri üçün sınaq imtahanı təşkil edilib.
Ucnoqta.az xəbər verir ki, imtahanın əsas məqsədi şagirdlərin bilik və bacarıqlarının mövcud təhsil standartlarına uyğunluğunu müəyyənləşdirmək, təhsilin keyfiyyətinin artırılması istiqamətində tədbirlər görmək, eyni zamanda, şagirdlərin gələcək inkişafına və müəllimlərin peşəkar inkişafına dəstək olmaqdır.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən imtahan Azərbaycan və rus bölmələri üzrə tədris dili və riyaziyyat fənlərini əhatə edib.
İmtahan zamanı IV sinif şagirdlərinə tədris dili və riyaziyyat fənləri üzrə 30 sualdan ibarət test tapşırıqlarını cavablandırmaq üçün 60 dəqiqə vaxt verilib.
Qeyd edək ki, sınaq imtahanı tədris ilinin sonunda keçiriləcək monitorinqə hazırlıq məqsədi daşıyır.