Azərbaycan Respublikası Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin dəstəyi ilə Biləsuvar Rayon Ailə Sağlamlıq Mərkəzində növbəti “Qanvermə aksiyası” keçirilib.
Ucnoqta.az xəbər verir ki, talassemiya, hemofiliyalı və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələri qan və onun komponentləri ilə təmin etmək məqsədilə keçirilən qanvermə aksiyasında Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, İcra Hakimiyyəti başçısının aparatı, rayonun idarə, müəssisə, təşkilatlarının kollektivləri və rayon sakinləri fəal iştirak edib.
Qeyd edək ki, Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları Rayon Mərkəzi Xəstəxanasının tibbi personalı ilə birgə könüllü donorları müayinə etdikdən sonra onlardan qan götürülüb.