İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) yeni təyinatlar olub.
Ucnoqta.az xəbər verir ki, İİTKM-in icraçı direktoru Vüsal Qasımlının əmri ilə Mərkəzin operatoru olduğu Enterprise Azerbaijan portalının rəhbəri vəzifəsinə coğrafiya elmləri doktoru İsa Qasımov təyin olunub.
İ.Qasımov bu təyinata qədər Bakı Mühəndislik Universiteti Texnoparkının direktoru kimi fəaliyyət göstərib. O, Azərbaycanda sahibkarlıq, o cümlədən startapların və biznes təşəbbüskarlığının inkişafı üzrə tanınmış mütəxəssisdir. “IDDA AWARDS 2024” müsabiqəsində “Ekosistemin lokomotivi” nominasiyası üzrə ölkə birincisidir.
Vüsal Qasımlının digər əmri ilə Mərkəzin Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi Aygün Əhmədovaya isə Rəqəmsal Ticarət Qovşağına (Digital Trade Hub of Azerbaijan) rəhbərik etmək həvalə olunub.
Aygün Əhmədova uzun illər müxtəlif dövlət qurumlarında rəqəmsal inkişafın quruculuğu və innovasiya fəaliyyəti sahəsində strateji istiqamətlərin müəyyən olunması və sənədlərin hazırlanması istiqamətində fəaliyyət göstərib. Elektron və ağıllı şəhərlər sahəsində beynəlxalq proqramların məzunudur.