Rusiyada yüngül motorlu təyyarə Nijni Novqorod vilayətindəki Vostoçnı aerodromunun yaxınlığında sərt eniş edib.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi iki nəfərin öldüyü barədə məlumat yayıb.
Yanğının söndürülməsinə 6 fövqəladə hallar mütəxəssisi və iki texnika cəlb olunub.