Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonunda yerləşən “Nuxa” restoranın fəaliyyəti dayandırılıb.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, restoranın sahibi hazırda həbsdə olan və “qumar kralı” kimi tanınan Yusif Baqiyev (Şəkili) olub.
Qeyd edək ki, Yusiq Baqiyev Cinayət Məcəlləsinin 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) və 244-1.4-cü (qumar oyunlarının təşkili və ya keçirilməsi xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.