Masallıda şəhid övladı güllə yarasından öldü

12:05 - 20 Fevral 2025 - ÖLKƏ İÇİ

Masallı sakini ehtiyatsızlıqdan odlu silahdan açılan atəş nəticəsində ölüb.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Masallı rayonunun Qarğalıq kəndində baş verib.

İlkin məlumata görə, kənd sakini Ayxan Əzizov qonşusunun evində odlu silahla ehtiyatsız davranıb və silahdan açılan atəş nəticəsində ölüb.

Qeyd edək ki, Ayxan Əzizov Azərbaycan Ordusunun giziri, şəhid Elvin Əzizovun oğludur. Elvin Əzizov Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.

Xəbər xətti