Qəbul imtahanlarında iştirak üçün qeydiyyat başladı - Martın 5-dək...

00:02 - 20 Fevral 2025 - Cəmiyyət

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyat başlayıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) Ucnoqta.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun I mərhələsi 20 fevral-5 mart 2025-ci il tarixləri arasında aparılacaq.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlərin qeydiyyatı da 20 fevral-5 mart 2025-ci il tarixləri arasında həyata keçiriləcək.

Qeyd edək ki, ali məktəbələqə qəbulun I mərhələsi hesab olunan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 2-9 mart 2025-ci il tarixlərində keçiriləcək.

Xəbər xətti