İran ABŞ prezidenti Donald Trampın təhdidlərinə baxmayaraq, sülhməramlı nüvə proqramının inkişafına sərmayə qoymağa davam edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi "Əl Əhəd" telekanalına müsahibəsində deyib.
O, bildirib ki, İran nüvə silahı əldə etməyə can atmır, lakin nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək üçün ona sərmayə qoymaq niyyətindədir.
"Dəfələrlə qeyd olunduğu kimi, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin üzvüdür və onun bu sahədəki siyasəti son dərəcə şəffafdır, bunu İslam Respublikasının Ali Rəhbəri Əli Xamenei müəyyənləşdirir", Təxt-Rəvançi əlavə edib.