Kişilər buruq saçlardansa düz saçlı qadınlara daha çox cəlb olunurlar
Ucnoqta.az xəbər verir ki, New York Post jurnalistləri kişiləri cəlb edən qadın saç düzümü açıqlayıblar.
Redaktorlar saçlarını düzəldəndə daha çox kişilərin diqqətini çəkdiklərini etiraf etdikləri onlarla qız videolarına diqqət yetiriblər.
Londondan olan 23 yaşlı bloger Abbi nəzəriyyəni sübut etmək qərarına gəlib və tanışlıq proqramında iki profil yaradıb: birincidə o, təbii qıvrım saçlı, ikincidə isə hamar saç düzümü ilə fotoşəkil yerləşdirib.
Qızın dediyinə görə, kişiləri daha çox saç düzümü ilə fotolarını yerləşdirdiyi profil maraqlandırıb.
"Bu, ictimai yerlərdə də olur" – o, deyib. İnfluencer Elizabet McGovern onun fikri ilə razılaşıb.
"Buruq saçlarla bara gedirəm, buna görə içkilər bu gün öz hesabıma olur" - Qadın viral videoda qqeyd edib.