Kiyev ABŞ-nin maliyyə naziri ilə kobud davranıb - Tramp

08:18 - 20 Fevral 2025 - DÜNYA

ABŞ lideri Donald Tramp çərşənbə günü ABŞ maliyyə naziri Skott Bessantın Ukraynaya səfəri zamanı ona qarşı kobud rəftar edildiyini bildirib.

Ucnoqta.az xəbər verir ki, Tramp jurnalistlərə deyib. 

"Və sonra Scott Bessant ora getdi və ona olduqca kobud rəftar edildi, çünki əslində ona yox dedilər" - Tramp qeyd edib. 

"Zelenski yatmışdı və onunla görüşmək mümkün deyildi. O, qatarla çoxlu saat yol getdi və bu, təhlükəli səfərdir və söhbət Xəzinədarlıq katibindən gedir", - Ağ Evin rəhbəri davam edib.

"O, ora sənəd imzalamaq üçün getdi və əliboş qayıtdı"- prezident vurğulayıb. 

Xəbər xətti