Kür çayının Samuxdan keçən hissəsində iki nəfər batıb.
Ucnoqta.az xəbər verir ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Batanlardan biri Samux rayonu, Seyidlər kənd sakini 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğludur. Hər iki şəxsin balıqçı olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.