Müğənni İzzət Bağırov 3 ildir avtomobilini satdığını bildirib.
Ucnoqta.az xəbər verir ki, ATV-də yayımlanan "Efirdən Kənar" verilişinə qatılan müğənni bu addımı cərimələrin çoxluğuna görə atıb.
"3 ildir maşın sürə bilmirəm, "Hummer"im var idi, satdım, istədiyim yerdə saxlayırdım, indi aptekdən 5 manatlıq dərman almağa düşürsən, 20 manat cərimə gəlir"
Müğənni həmçinin gənclikdə VAZ2107 həvəskarı olduğunu bildirib.