Birləşmiş Ştatlar hələ Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı danışıqlara başlamazdan əvvəl Rusiyaya əhəmiyyətli güzəştlər edir
Ucnoqta.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti yazıb. Bildirilir ki, digərləri ilə yanaşı, Kiyevin NATO-ya gedən yolundan imtina edilir.
Nəşr yazır ki, ABŞ hələ danışıqlar başlamamışdan əvvəl Putinə ciddi güzəştlər edib.
Qeyd olunur ki, ABŞ Ukraynanın NATO-ya daxil olmaq və itirilmiş ərazilər üzərində nəzarəti bərpa etmək istəyini faktiki olaraq rədd edib.