Nəsimidə gənclərə təsir edən psixoloji faktorlar müzakirə olunub

18:37 - 18 Fevral 2025 - Cəmiyyət

Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 35 nömrəli məktəbdə “Gənclərin Gücü – Cəmiyyətin Gələcəyi” adlı tədbir keçirilib.

Ucnoqta.az xəbər verir ki, tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, idarə və müəssisə təşkilatlarının rəhbərləri, polis əməkdaşları, valideynlər, gənclər iştirak edib.

Tədbiri giriş sözü ilə açan 35 nömrəli məktəbin direktoru Rəna Naibova iştirakçıları salamlayaraq, təhsil və elm sahəsində gənclərin fəaliyyət perspektivindən bəhs edib və son illər əldə olunan uğurlardan danışıb.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva gənclərin rolu, inkişafına göstərilən dövlət dəstəyi, alınan qərarlar, əldə olunan müsbət nəticələr və perspektivlər barəsində geniş məlumat verib. Qeyd edib ki, müstəqilliyimizin ilk illərində Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi ilə gənclərin sosial, ictimai fəallığının artırılması, 2 fevral – Gənclər Gününün təsisi, qanun və sərəncamların icrası ölkə gəncliyinə olan diqqət qayğının bariz təzahürüdür.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları Yeganə Zeynalova və Elnur Abbasquliyev ailə münasibətlərinin təşkilində gənclərin psixoloji durumunun tənzimlənməsi, sosial şəbəklərin aspektləri, müasir çağırışların gənclərə təsiri kimi məsələlərdən bəhs ediblər.

Defektoloq-loqoped Sevinc Əliyeva, psixoloq Könül Hüseynova çıxışlarında gənclərə təsir edən psixoloji faktorlar, prioritetlər, valideyn təsirinin amili kimi mövzulardan danışıblar.

Gənclər Mərkəzi İctimai Birliyinin sədri Kənan Qubadzadə və Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Sənan Hüseynov çıxışlarında gənclərə göstərilən dəstəkdən, ölkə başçısı cənab İlham Əliyevin gənclərə diqqət və qayğısından, cəmiyyətin gənclərə olan münasibətinin yüksək səviyyədə olduğunu qeyd ediblər.

Xəbər xətti