Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşımaları bərpa edilir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilir ki, sərnişindaşımalar mayın 1-dən bərpa ediləcək.
Açıqlamada deyilir ki, məsələ Gürcüstan Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə Gürcüstanda işgüzar səfərdə olan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında görüş zamanı müzakirə edilib.