Rusiya Ukraynanın Şimali Atlantika Alyansına üzvlüyünün Moskva üçün qəbuledilməz olduğunu vurğulayır.
Ucnoqta.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Ukraynanın NATO-ya üzvlüyü bizim üçün qəbuledilməzdir. Bu, təhlükəsizliyimizə ciddi təhdidlər yaradır və bütün Avropa üçün fəlakətli nəticələrə gətirib çıxaracaq", - diplomat bildirib.