Rəsmi səhlənkarlıqda təqsirləndirilən general-leytenant Tiran Xaçatryanın həbs-qətimkan tədbiri dəyişdirilib.
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistanın Sünik vilayətinin ümumi yurisdiksiya məhkəməsi ER Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəis müavini barəsində həbs-qətimkan tədbirini həbsdən 10 milyon dram girov və ölkədən getməmək barədə yazılı öhdəliyə dəyişdirib.
Hakim Artur Voskanyan Xaçatryanın himayəsində əlil həyat yoldaşı olmasını da nəzərə alaraq müdafiə tərəfinin müvafiq vəsatətini təmin edib.
O, 2025-ci il yanvarın 5-də o, iki ay müddətinə həbs edilib.