Fələstinin HƏMAS radikal hərəkatı İsrailin Qəzza zolağından tərksilah edilməsi və qüvvələrini geri çəkməsi tələbini rədd edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə təşkilatın nümayəndəsi Hazem Qasem məlumat verib.
“HƏMAS-ın Qəzza zolağından çıxarılması şərti gülünc psixoloji müharibədir, müqavimətin Qəzzadan çıxarılması və ya tərksilah edilməsi qəbuledilməzdir.
Qəzza zolağının gələcəyi ilə bağlı istənilən razılaşma milli konsensus əsasında əldə olunacaq”, - "Həmas" nümayəndəsi deyib.
İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, İsrail Qəzza zolağında döyüşlər bitdikdən sonra HƏMAS-a hər hansı mövcudluğunu saxlamağa icazə verməyəcək və Qəzzanın tamamilə tərksilah edilməsini tələb edir.