Boğazında qida qalan 8 yaşlı oğlan dünyasını dəyişdi

11:40 - 18 Fevral 2025 - HADİSƏ

Abşeron rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Ucnoqta.az “qafqazinfo.az”a istinadən xəbər verir ki, fevralın 17-si saat 18 radələrində 2017-ci il təvəllüdlü Səyid Zəkəriyəyevin nəfəs borusuna qida düşüb.

Hadisə onların yaşadığı Saray qəsəbəsindəki evlərində qeydə alınıb.

Xəstəxanaya çatdırılan uşaq vəfat edib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər xətti