Rafael Ağayevə vəzifə verildi

14:22 - 18 Fevral 2025 - İDMAN

Azərbaycanın olimpiya mükafatçıları, dünya və Avropa çempionları olan Rafael Ağayev və Hacı Əliyevə Milli Olimpiya Komitəsində (MOK) vəzifə verilib.

Ucnoqta.az xəbər verir ki, MOK-un bu gün start götürən Hesabat-Seçki Baş Məclisində karate və güləş üzrə hər iki veteran idmançı da iştirak edir.

Onlar fərdi üzv kimi MOK-un növbəti 4 il müddətinə üzvü kimi qəbul edilib. Beləliklə, hər iki tanınmış idmançımızın bugünkü MOK Baş Məclisinin seçki prosesində səsvermə hüququ yaranıb.

Xəbər xətti