"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti hakimlərin video köməkçisi (VAR) sistemi haqqında danışıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə AS nəşri yazıb.
Mütəxəssis onun təhlükəsindən danışıb. “VAR hakimdən çox məsuliyyət götürür. Bir az təhlükəli sistemdir. VAR kobud və aşkar səhvlərdən qaçmaq, oyun epizodlarına müdaxilə etməmək üçün tətbiq edilib”, - Ançelotti bildirib.
Məşqçinin sözlərinə görə, penaltilərin təyin olunduğu bir çox hücumlar oyun epizodlarıdır. "Bunu başa düşmək çətindir" deyə mütəxəssis əlavə etdi.