Polşada azərbaycanlı itkin düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə lent.az-a Polşada yaşayan həmyerlilərimiz məlumat veriblər.
Məlumata əsasən, Gürcüstan vətəndaşı olan Rabit Bakıyev 1 həftə əvvəl fotoda görünən avtomobili ilə birgə yoxa çıxıb. Həmin gündən sonra ailəsi onunla əlaqə saxlaya bilməyib.
Qeyd olunur ki, Rabit Bakıyev Kostrzyn şəhərində dönər dükanı işlədir.
Onu görənlərdən +48 728 084 258 mobil nömrəsinə zəng edib məlumat vermələri xahiş olunur.