Məhkəmə 2024-cü ilin yayında Tatarıstanın Beqişevo hava limanında yüngül təyyarənin sərt enişinə səbəb olan pilot təlimatçısını 50 min rubl cərimələyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Volqa vilayəti Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Tatarıstan Respublikasının Tukaevski Rayon Məhkəməsi təyyarə komandirinə qarşı cinayət işi üzrə hökm çıxarıb.
Hökmə əsasən 50 min rubl cərimələnib.
2024-cü ilin iyununda Begişevo hava limanında Diamond-42 (quyruq nömrəsi RA-01723) təyyarəsinin pilot-təlimatçısı təlim uçuşu zamanı pilot səhvinə yol vermişdi.
Şassinin buraxılmaması nəticəsində təyyarə sərt eniş edib və zədələnib.
Təyyarənin sahibinə dəyən ziyan 6,7 milyon rubldan çox olub.