DYP sürücülərə müraciət edib

12:50 - 15 Fevral 2025 - AVTO

Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı nəzərə alınaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə DYP qabaqlayıcı tədbirlər görür.

Ucnoqta.az xəbər verir ki, bu barədə yol polisi idarəsi məlumat yayıb.

YPX Alayının əməkdaşları ötən gün axşam saatlarından başlayaraq yol təsərrüfatı işçiləri ilə birgə respublika əhəmiyyətli avtomobil yollarının keçdiyi dağlıq ərazilərdə zəruri işlər həyata keçirir, sürücülərlə profilaktik söhbətlər aparır, onlara yollardakı mövcud vəziyyətlə bağlı məlumat verir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onlardan hava şəraitini düzgün qiymətləndirməyi, dağlıq və dağətəyi bölgələrə səfərlər zamanı zəruri ehtiyyat tədbirləri görməyi xahiş edir.

Xəbər xətti