Ötən gün 54 cinayət hadisəsi baş verib - DİN

11:06 - 15 Fevral 2025 - ÖLKƏ İÇİ

Daxili İşlər Nazirliyi (DİN) ötən gün respublika ərazisində baş vermiş cinayət hadisələri ilə bağlı statistikanı açıqlayıb.

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, fevralın 14-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. 

Axtarışda olduğuna görə ümumilikdə 122, o cümlədən borclu şəxs qismində axtarışda olan 86 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.  

Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.

Xəbər xətti