Münhendə baş verən avtomobil qəzasında yaralananların sayı artıb

15:29 - 14 Fevral 2025 - DÜNYA

Fevralın 13-də Münhendə avtomobilin nümayişçilərin üzərinə sürməsi nəticəsində azı 36 nəfər xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə şəhər polis idarəsinin rəis müavini Kristian Huber məlumat verib.

Onun sözlərinə görə, polis yaralananların sayının arta biləcəyini istisna etmir.
Bir uşaq da daxil olmaqla iki nəfər ağır yaralanıb, səkkiz nəfər ağır, on nəfər isə orta dərəcəli xəsarətlərlə xəstəxanadadır.
Qalanları yüngül xəsarətlər alıblar.

Xəbər xətti