Qanunsuz silahlar polisə təhvil verildi

19:36 - 14 Fevral 2025 - HADİSƏ

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi istiqamətində növbəti profilaktik tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, tədbirlərlə rayon sakinləri müvafiq sənədləri olmayan müxtəlif markalı daha 4 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Xəbər xətti