ABŞ prezidenti Donald Tramp Amerika məhsullarına tariflər tətbiq edən beynəlxalq ticarət tərəfdaşlarına oxşar cavab tarifləri tətbiq edən sərəncam imzalayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
"Tariflər yaxşıdır, əslində tariflər gözəldir", - dövlət başçısı sərəncamı imzalayarkən deyib.
O əlavə edib ki, yeni tariflər polad və alüminium üçün əvvəllər tətbiq edilən rüsumları tamamlayacaq.
"Əgər məhsullarınızı ABŞ-da istehsal etsəniz, heç bir rüsum olmayacaq", - Tramp vurğulayıb. Onun fikrincə, rüsumlar illər əvvəl tətbiq edilməli idi.