Qanunsuz valyuta mübadiləsi ilə məşğul olan şəxs SAXLANILDI

17:49 - 14 Fevral 2025 - Xəbər

Bakıda metronun "28 May" stansiyasının qarşısında xarici valyutaların mübadiləsi ilə məşğul olan şəxs saxlanılıb.

Ucnoqta.az xəbər verir ki,  bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.

DİN rəsmisinin dediyinə görə, qeyd edilən ərazidə müvafiq lisenziyası olmadan qanunsuz xarici valyuta alqı-satqısı ilə məşğul olan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Onun barəsində qanunauyğun tədbir görülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti