İsrailin hücumları nəticəsində 23 nəfər həlak oldu

11:29 - 19 İyun 2026 - DÜNYA

İsrailin Livanda hücumları nəticəsində 23 nəfər həlak olub.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, İsrailin Livanın cənubundakı Nəbatiyyə əyalətindəki şiə Hizbullahın qalalarına endirdiyi hava zərbələri nəticəsində ən azı 23 nəfər həlak olub.

 Ölən və yaralananlar arasında qadınlar və uşaqlar da var.

Ən son hücum Əd Duveyrdə bir binaya dəyib və yeddi nəfər həlak olub. Xilasedicilər dağıntıları təmizləməyə davam edirlər və ölənlərin sayı arta bilər.

Xəbər xətti