Azərbaycanın Britaniyadakı keçmiş səfiri həbs edildi

15:39 - 14 Fevral 2025 - Cəmiyyət

Azərbaycanın Böyük Britaniyadakı keçmiş səfiri Rafael İbrahimov Çeşirdə reabilitasiya klinikasının üç qadın işçisinə qarşı cinsi zorakılıq edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Northwhitch Guardian” nəşri məlumat yayıb.

Qeyd olunub ki, sözügedən hadisə 2023-cü il 5 dekabr tarixində baş verib.

Belə ki, sabiq səfir yuxu dərmanları asılılığından müalicə olunmaq üçün klinikaya yollanıb. O, klinikanın üç qadın əməkdaşına qarşı seksual xarakterli hərəkətlər edib. Keçmiş diplomat qadınlardan birinin döşünə, digərinin qasığına toxunub, sonra isə hər üç qadının əllərini dəfələrlə öpüb. R, İbrahimovun qadınların gözəl olduğunu və onları sevdiyini deməsi də məlum olub.

Məsələ ilə bağlı fevralın 7-də məhkəmə iclası keçirilib və Rafael İbrahimov məhkəmənin qərarı ilə 16 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Rafael İbrahimov 2001-ci ildən 2013-cü ilə qədər Azərbaycanın Böyük Britaniyadakı, Norveçdəki, İrlandiyadakı, İsveç və Finlandiyadakı səfiri olub.

O, 2014-cü ildən etibarən Londonda yaşayır.///teleqraf

Xəbər xətti