Britaniya BMT-dəki səfiri Kristian Terneri ABŞ-a yeni səfir təyin edib

00:07 - 19 Dekabr 2025 - DÜNYA

Böyük Britaniyanın Baş naziri Keyr Starmer ölkənin BMT-dəki Daimi Nümayəndəsi Kristian Terneri Böyük Britaniyanın ABŞ-a yeni səfiri təyin edib.

Ucnoqta.az xəbər verir ki, Sky News bu barədə 18 dekabrda məlumat yayıb.

"Kristian Ternerin Böyük Britaniyanın ABŞ-dakı səfiri təyin olunduğunu elan etməkdən məmnunam. Birləşmiş Krallıq və ABŞ arasında xüsusi münasibətlər var və Kristianın görkəmli diplomat kimi geniş təcrübəsi bu unikal əlaqələri gücləndirəcək və onların davamlı çiçəklənməsini təmin edəcək", - Starmer deyib.

Xəbər xətti