Tramp Venesuela ilə müharibəyə başlayacaq - Karlson

00:03 - 18 Dekabr 2025 - DÜNYA

Amerikalı jurnalist Taker Karlson ABŞ prezidenti Donald Trampın 18 dekabr səhəri Venesuelaya müharibə elan edə biləcəyinə inanır.

Ucnoqta.az xəbər verir ki, o, bunu məhkəmə analitiki Endryu Napolitanonun YouTube podkastında bildirib.

"İndiyə qədər bildiklərim bunlardır. Konqres üzvlərinə dünən müharibənin gələcəyi barədə məlumat verildi və bu, prezidentin bu gecə saat 9-da millətə müraciətində elan ediləcək", - deyə Karlson Napolitanonun Trampın müharibəni başladıb-başlamayacağı ilə bağlı sualına cavab olaraq bildirib.

Jurnalist qeyd edib ki, bunun həqiqətən baş verib-verməyəcəyini bilmir.

Xəbər xətti